Qəbula yazılmaq
Ən tez yol — WhatsApp. Şikayətinizi qısaca yazın, qəbul vaxtını birlikdə seçək.
Qəbul günləri
- Çərşənbə axşamı10:00–15:00
- Cümə axşamı10:00–15:00
- Şənbə11:00–14:00
Caspian International HospitalBakı ş., Badamdar, 1-ci yaşayış massivi, 31
Qəbula gələndə özünüzlə gətirin
- Əvvəlki MRT və KT diskləri və rəyləri
- Digər həkimlərin rəyləri və analiz nəticələri
- İstifadə etdiyiniz dərmanların siyahısı
Qəbul necə keçir?
WhatsApp-a şikayətinizi qısaca yazın, qəbul vaxtını birlikdə seçək. Qəbul təxminən 20–30 dəqiqə çəkir: şikayətlərinizi dinləyirəm, müayinə edirəm, MRT və digər nəticələrə baxıram və nə etmək lazım olduğunu izah edirəm.
Ehtiyac olarsa, MRT şəklini və ya rəyini əvvəlcədən WhatsApp-a göndərə bilərsiniz. Amma dəqiq qərar üçün qəbulda MRT diskinə ətraflı baxmalıyam, ona görə diski mütləq özünüzlə gətirin.
Bakıda deyilsinizsə
Bölgələrdən və ya xaricdən sənədlərinizi (MRT rəyi və şəkilləri, həkim rəyləri) WhatsApp-a göndərin. İlkin baxıb probleminizin neyrocərrahiyyəyə aid olub-olmadığını deyərəm. Bu, qəbulu və müayinəni əvəz etmir.
Klinikaya necə gəlmək olar?
Caspian International Hospital Badamdarda, ana yolun üstündədir: şəhər tərəfdən Badamdara gələndə yolun sağ tərəfində. Klinikanın parkinqi var.
