
Dr. Ruslan Yunusov
Neyrocərrah
1985-ci ildə Mingəçevirdə anadan olub. 2009-cu ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirib, Azərbaycan Neyrocərrahiyyə Xəstəxanasında internatura keçib.
2011–2016-cı illərdə Türkiyədə, Ankaradakı Hacettepe Xəstəxanasının neyrocərrahiyyə şöbəsində uzmanlıq təhsili alıb. Bu dövrdə pediatrik və endoskopik neyrocərrahiyyə kurslarını bitirib, uşaqlarda və böyüklərdə beyin şişlərinin açıq və endoskopik müalicəsi, bel və boyun yırtığı, hidrosefaliyanın müasir müalicəsi üzrə ixtisaslaşıb.
2016-cı ildən Bakıda neyrocərrah kimi çalışır. Hazırda Caspian International Hospital-da qəbul edir. Avropa, beynəlxalq uşaq və endoskopik neyrocərrahiyyə cəmiyyətlərinin, həmçinin Azərbaycan Neyrocərrahiyyə Cəmiyyətinin üzvüdür.
Təhsil və təcrübə
- 2003–2009Azərbaycan Tibb Universiteti, müalicə-profilaktika fakültəsi — fərqlənmə diplomu
- 2009–2010Azərbaycan Neyrocərrahiyyə Xəstəxanası — internatura
- 2011–2016Hacettepe Xəstəxanası (Ankara, Türkiyə), neyrocərrahiyyə şöbəsi — uzmanlıq
- 2013–2015Türkiyə Neyrocərrahiyyə Cəmiyyəti — Pediatrik neyrocərrahiyyə tədris proqramı
- 2014–2015Endoskopik kəllə əsası cərrahiyyəsi və endoskopik neyrocərrahiyyə kursları
- 2016Elmi işin müdafiəsi (Ankara); Bakıda neyrocərrah kimi fəaliyyətə başlayıb
- HazırdaCaspian International Hospital, Bakı
Üzvlüklər
- EANSAvropa Neyrocərrahiyyə Cəmiyyətləri Assosiasiyası · 2017-ci ildən
- ISPNBeynəlxalq Uşaq Neyrocərrahiyyəsi Cəmiyyəti · 2018-ci ildən
- IFNEBeynəlxalq Endoskopik Neyrocərrahiyyə Federasiyası
- ANEAAzərbaycan Neyrocərrahiyyə Cəmiyyəti
Elmi iş
«Siçan hidrosefaliya modelində quanozinin reaktiv glioz, neyroinflamasiya və miyelin parçalanması üzərindəki təsirinin araşdırılması» — Ankara, 2016.
Konfrans və kurslar
- 2011, İstanbulTürkiyə Neyrocərrahiyyə Cəmiyyəti, neyro-onkologiya simpoziumuİştirakçı
- 2013, BoluTürkiyə Neyrocərrahiyyə Cəmiyyəti, Pediatrik Neyrocərrahiyyə Tədris Proqramı, 1-ci kursİştirakçı
- 2014, QaziantepTürkiyə Neyrocərrahiyyə Cəmiyyəti, Pediatrik Neyrocərrahiyyə Tədris Proqramı, 2-ci kursİştirakçı
- 2014, AnkaraHacettepe 3-cü Endoskopik Kəllə Əsası Cərrahiyyəsi kursuİştirakçı
- 2015, İstanbulTürkiyə Neyrocərrahiyyə Cəmiyyəti, Pediatrik Neyrocərrahiyyə Tədris Proqramı, 3-cü kursİştirakçı
- 2015, AntalyaTürkiyə Neyrocərrahiyyə Cəmiyyətinin 29-cu Elmi Konqresiİştirakçı, poster təqdimatı
- 2015, AnkaraEndoskopik Neyrocərrahiyyə Praktikası kursuİştirakçı
- 2018, BakıATA — Neyrocərrahiyyə cəmiyyətinin 1-ci simpoziumuİştirakçı
- 2019, AntalyaTürkiyə Neyrocərrahiyyə Cəmiyyətinin 33-cü Elmi Konqresiİştirakçı, poster təqdimatı
- 2024, AntalyaTürkiyə Neyrocərrahiyyə Cəmiyyətinin 37-ci Elmi KonqresiMəruzəçi
- 2025, BakıAzərbaycan Neyrocərrahiyyə Cəmiyyətinin 1-ci Elmi KonqresiModerator və məruzəçi
- 2026, BakıAzərbaycan Neyrocərrahiyyə Cəmiyyətinin 2-ci Milli Neyrocərrahiyyə KonqresiTəşkilat komitəsinin üzvü, moderator və məruzəçi
