Ruslan YunusovNeyrocərrahQəbula yazıl

Çoxsaylı beyin meningioması əməliyyatı

Klinik hal: alın payında 4 meningioma bir əməliyyatda çıxarıldı; xəstə 5 gün sonra evə yazıldı.

Əməliyyatdan əvvəl və sonra MRT, çıxarılmış dörd meningioma

Qıcolma tutması şikayəti ilə baş vuran 58 yaşında qadın xəstəyə beyin MRT çəkildi. Beyin MRT-də xəstənin alın payında ən böyüyü 4,4 sm olan 4 ədəd şiş aşkarlandı. Xəstə əməliyyat edilərək bütün şişlər eyni seansda çıxarıldı. Xəstə əməliyyatdan 5 gün sonra tam sağlam şəkildə evə yazıldı. Əməliyyatdan 1 ay sonra çəkilən Beyin MRT-də hər hansı bir qalıq törəmə aşkarlanmır. Patoloji nəticə: meningioma.