Ruslan YunusovNeyrocərrahQəbula yazıl

Onurğada şiş: şvannoma

Klinik hal: bel və ayaq ağrısının səbəbi L4 səviyyəsində onurğa kanalında şvannoma idi. Əməliyyat və nəticə.

L4 səviyyəsində onurğa kanalında şvannomanın MRT görüntüsü və çıxarılmış şiş

20 yaşında qadın xəstə, uzun zamandır bel və sol ayaq ağrısına görə müalicə almasına baxmayaraq dərmanlardan fayda görmürdü. Xəstənin şikayətləri getdikcə pisləşdiyinə görə xəstəyə bel-oma MRT-si çəkildi. Xəstənin 4-cü bel fəqərəsi (L4) hizasında onurğa kanalında sinirləri sıxışdıran şiş aşkarlandı. Xəstə əməliyyat edilərək şiş tamamilə çıxarıldı və xəstə əməliyyatdan 4 gün sonra tam sağlam vəziyyətdə evə yazıldı. Patoloji nəticə: şvannoma.

Onurğa şişlərinin növləri, əlamətləri, müayinəsi və müalicəsi haqqında ətraflı: Onurğa şişləri.