Epilepsiya əməliyyatı
Klinik hal: 30 ildən artıq dərmana cavab verməyən epilepsiya — gicgah payı əməliyyatından sonra qıcolmalar dayandı.

45 yaşlı qadın xəstə, təxminən 30-35 ildir epilepsiyadan əziyyət çəkirdi. Dərman müalicəsinə baxmayaraq demək olar ki, hər gün qıcolmaları olan xəstəyə çəkilən Beyin MRT-də sol gicgah payında kistoz dəyişikliklər aşkarlandı. Xəstəyə «Sol temporal lobektomiya + amiqdalohippokampektomiya» (Gicgah payının ön qisminin çıxarılması) əməliyyatı icra olundu. 6 ay sonra kontrol müayinəyə gələn xəstənin, əməliyyatdan sonra heç qıcolmalarının olmaması xəstə ilə yanaşı bizləri də sevindirdi.
Epilepsiya əməliyyatının kimə lazım olduğu, əməliyyatdan əvvəl hansı müayinələrin aparıldığı və əməliyyat növləri haqqında ətraflı: Epilepsiya cərrahiyyəsi.