Ruslan YunusovNeyrocərrahQəbula yazıl

Qanamış beyin şişi

Klinik hal: huşu pozulmuş 30 yaşlı xəstədə qanamalı beyin şişi — təcili əməliyyat və 4 gün sonra evə yazılma.

30 yaşında xəstə huşun pozulması şikayəti ilə gətirildi. Xəstənin müayinəsində şüuru qapalı (koma önü vəziyyətdə) olduğu və sol tərəfində qüvvətsizlik olduğu aşkarlandı. Çəkilən Beyin KT-də xəstənin sağ təpə-ənsə nahiyəsində qanamalı şiş olduğu aşkarlandı. Xəstə təcili əməliyyata alınaraq “Sağ paryeto-oksipital kraniotomiya və şişin xaric edilməsi” əməliyyatı icra edildi. Əməliyyatdan 4 gün sonra xəstə tam sağlam şəkildə (yalnız görmə sahəsinin sol tərəfində defekt ilə) evə yazıldı.

Əməliyyatdan əvvəl beyin KT: sağ təpə-ənsə nahiyəsində qanamalı şiş

Əməliyyatdan sonra beyin MRT və tikiş yeri