Epilepsiya əməliyyatı
Klinik hal: 30 ildən artıq dərmana cavab verməyən epilepsiya — gicgah payı əməliyyatından sonra qıcolmalar dayandı.

45 yaşlı qadın xəstə, təxminən 30-35 ildir epilepsiyadan əziyyət çəkirdi. Dərman müalicəsinə baxmayaraq demək olar ki, hər gün qıcolmaları olan xəstəyə çəkilən Beyin MRT-də sol gicgah payında kistoz dəyişikliklər aşkarlandı. Xəstəyə «Sol temporal lobektomiya + amiqdalohippokampektomiya» (Gicgah payının ön qisminin çıxarılması) əməliyyatı icra olundu. 6 ay sonra kontrol müayinəyə gələn xəstənin, əməliyyatdan sonra heç qıcolmalarının olmaması xəstə ilə yanaşı bizləri də sevindirdi.