Ruslan YunusovNeyrocərrahQəbula yazıl

Karpal tunel əməliyyatı

Klinik hal: iki əlində karpal tunel sindromu olan 60 yaşlı xəstənin əməliyyatı və nəticəsi — neyrocərrah Dr. Ruslan Yunusov.

Karpal tunel əməliyyatının mərhələləri

60 yaşında qadın xəstənin uzun zamandır hər iki əlində yanma şəklində ağrı və keyimə şikayətləri mövcud idi. Hər iki əlində karpal tunel sindromu diaqnozu qoyulan xəstə 1 ildir dərman müalicəsi almasına baxmayaraq müalicədən fayda görmürdü. Xəstənin sol əlində şikayətləri daha çox olduğu üçün 3 ay əvvəl sol əlində “Orta sinirin dekompressiyası” əməliyyatı icra olundu. Əməliyyatdan sonra sol əlindəki şikayətləri tamamilə keçən xəstənin 3 ay sonra sağ əlində də eyni əməliyyat icra olundu.