Mikroskopik əməliyyatlar
Neyrocərrahiyyədə mikroskop: əməliyyat sahəsini 40 dəfəyə qədər böyüdür, sinir və damarların zədələnmə riskini azaldır.

Mikrocərrahiyyənin əvəzolunmaz hissəsi olan mikroskoplar neyrocərrahiyyə sahəsində çox vacib yerə sahibdir. Mikroskoplar əməliyyat zamanı yara sahəsini 4 ilə 40 dəfəyə qədər böyüdür. Bunun nəticəsində biz cərrahlar, əməliyyat sahəsindəki çox kiçik sinirləri və damarları böyüdülmüş görürük ki, bu da onların zədələnmə riskini minimuma endirir. Neyrocərrahiyyədə mikroskopdan ən çox disk yırtığı (mikroskopik diskektomiya) və beyin əməliyyatlarında (mikroskopik beyin əməliyyatlarında) istifadə olunur.