Bel punksiyası
Bel punksiyası: beyin-onurğa beyni mayesinin götürülməsi. Nə üçün edilir, hansı xəstəliklərin diaqnozunda istifadə olunur.

İynə L3 və L4 fəqərələri arasından yeridilir. Onurğa beyni L1–L2 səviyyəsində bitdiyi üçün iynə yalnız maye və sinir lifləri olan kisəyə çatır, onurğa beyninə toxunmur.
Bel punksiyası – bel nahiyəsindən beyin-onurğa beyni mayesinin alınması üsuludur. İnvaziv müayinə üsulu olub, xüsusi iynələrlə həyata keçirilir. Alınan beyin-onurğa beyni mayesindən beyin qanaması, beyində iltihabi proseslər, bəzi sinir sistemi xəstəliklərinin diaqnostikası üçün istifadə olunur.