Ruslan YunusovNeyrocərrahQəbula yazıl

Elektromioqrafiya (EMQ)

Elektromioqrafiya (EMQ): sinir və əzələlərin elektrik aktivliyinin ölçülməsi. Karpal tunel sindromu və disk yırtıqlarında nə üçün lazımdır.

Elektromioqrafiya (EMQ)- əzələ və onlara gələn sinirlərin elektrik aktivliyini və funksiyasını ölçən müayinə üsuludur. Əzələlərə gələn sinirlər hərəki sinirlər olub, vəzifələri elektrik impulslarını onurğa beynindən əzələlərə daşıyaraq, onların yığılıb açılmasını təmin etməkdir. EMQ vasitəsi ilə bu elektrik impulsları qeydə alınaraq, hər hansı əzələdə və ya əzələyə gedən sinirdə problemin olub-olmadığı üzə çıxarılır.

EMQ müayinəsi adətən 2 hissədən ibarət olur: Sinir keçiriciliyinin müayinəsi və iynə EMQ-si.

Sinir keçiriciliyi müayinəsi zamanı dəriyə xüsusi elektrodlar yapışdırılaraq sinirin keçiriciliyi yoxlanılır. Daha sonra isə iynə EMQ olunur ki, bu zaman kiçik iynələr dəriyə batırılaraq əzələlərə yeridilir və əzələlərin funksional tamlığı haqqında məlumat əldə edilir.

EMQ vasitəsi ilə aşağıdakı xəstəlik və halları aşkarlamaq mümkündür:

  • Neyropatiyalar (polineyropatiya, mononeyropatiya)
  • Əzələ xəstəlikləri (əzələ distrofiyası, polimiozit)
  • Sinir sıxılması sindromları (karpal tunel sindromu, dirsək tunel sindromu)
  • Amiotrofik lateral skleroz (ALS)
  • Onurğadan çıxan sinir köklərinin zədələnməsi (disk yırtığında) və s.