Elektroensefaloqrafiya
Elektroensefaloqrafiya (EEQ): beynin elektrik aktivliyinin qeydə alınması. Epilepsiya diaqnozunda necə aparılır və nə qədər çəkir.

EEQ (Elektroensefaloqrafiya)– xüsusi elektrodların köməyi ilə beynin elektrik aktivliyinin qeydə alınması üsuludur. Təxminən 16-20 ədəd elektrod xüsusi yapışqan və ya incə iynə ilə baş dərisinə yapışdırılaraq müayinə aparılır. Müayinə təxminən 1 saata qədər davam edir, bəzən isə xəstə yatırılaraq yuxu EEQ-si çəkilir ki, bu da bir neçə saat davam edə bilir. Daha çox epilepsiyanın və ya onun müxtəlif növlərinin ayırd edilməsində istifadə olunur. Bundan başqa beyin şişləri, yuxu pozğunluqları, bəzi psixi xəstəliklər və metabolik xəstəliklər zamanı beyin zədələnməsinin diaqnozunda da geniş istifadə edilir.