Kompüter Tomoqrafiya
Kompüter tomoqrafiyası (KT): neyrocərrahiyyədə nə vaxt lazımdır, MRT-dən fərqi nədir və hansı xəstəlikləri göstərir.

Kompüter tomoqrafiyası (KT)– Rentgen şüalarından istifadə etməklə orqan və toxumaların 2 və ya 3 ölçülü görüntülərinin alındığı müayinə üsuludur. KT sümük toxumasına daha həssas olduğuna görə yumşaq toxumaları göstərməkdə MRT-dən geri qalır. KT müayinəsinin ən çox istifadə olunduğu xəstəlik və hallar aşağıda sıralanmışdır:
- Beyin qanaması və onun növünün aşkarlanmasında,
- Onurğa sütununun və kəllə sümüklərinin qırıq, çıxıq və yerdəyişməsinin müəyyənləşdirilməsində,
- Bəzi beyin şişlərinin aşkarlanmasında,
- Hidrosefaliyalı xəstələrdə beyin mədəciklərinin və şuntun yerinin qiymətləndirilməsi,
- Beyin şişinə görə radioterapiya alacaq xəstələrdə planlama,
- Onurğada kanal daralmasının qiymətləndirilməsi məqsədi ilə və s.
KT müayinəsi, çəkilişin qısa müddətli olması, sümük toxumasına həssaslığı kimi üstünlükləri olsa da, xəstələrin yüksək radiasiyaya məruz qalması ən böyük çatışmazlığıdır.