Neyrocerrah.com

Maqnit-Rezonans Tomoqrafiyası

Maqnit-Rezonans Tomoqrafiya (MRT)– Maqnit sahəsi və kompüter texnologiyasını birləşdirərək, bədən üzvlərinin 2 və ya 3 ölçülü görüntüsünü verən ən müasir diaqnostika üsullarından biridir. Neyrocərrahiyyədə ən çox tətbiq olunan diaqnostika metodlarından biri olub,  aşağıdaki xəstəliklərin araşdırılmasında  istifadə olunur:

MRT anatomik detalları yüksək keyfiyyətlə göstərməsinə baxmayaraq, müayinə müddətinin uzun çəkməsi (15-60 dəqiqə), bəzən sedasiyaya ehtiyacın olması (uşaqlarda və klaustrofobiyası olan böyüklərdə), bahalı olması çatışmayan cəhətləridir.

Kontrastlı MRT– damardan kontrast maddə verilərək patoloji ocaqların daha aydın görüntüsü əldə edilir. Daha çox şişlər, damar patologiyaları, iltihabı prosesləri ayırd etmək üçün istifadə olunur.