Neyrocerrah.com

Uşaqlarda kəllə daxili təzyiq artışı

Yəqinki, sizin də qohumlarınızdan hansısa uşaq, “davleniyası” var deyə uzun müddətli və çoxsaylı dərmanlarla müalicə alıb. O zaman bu mövzu tam sizə görədir. El arasında çox məşhur olan və demək olar ki, hər bir ailənin körpə fərdlərinə “diaqnoz” qoyularaq müalicəsi aparılan “davleniya”, əslində xəstəlik deyil, həmçinin belə bir diaqnoz mövcud deyil. “Davleniya”- elmi adı ilə “kəllə daxili təzyiqin artması” əslində sindromdur, yəni əlamətlərin cəmidir. Və müxtəlif xəstəliklərdə rast gəlinə bilər. Bəs bu xəstəliklər hansılardır?

Gördüyünüz kimi, sadaladıqlarım kifayət qədər ciddi xəstəliklərdir və bu xəstəliklər də özünü “kəllə daxili təzyiqin artması” simptomları ilə özünü biruzə verir. Dolayı yolla desək, bir körpə çox ağlayırsa, gecə yatmırsa, bəzən yediyini qaytarırsa, əmgəyi biraz böyük və gec qapanırsa, bu onda ciddi bir beyin patologiyasının olduğuna dəlalət etmir. Və belə körpələrə “kəllə daxili təzyiqin” müalicəsi adı ilə çox saylı dərmanlarla  zəhərləmək mənasızdır.
Bəs “Kəllə daxili təzyiqin artması” sindromunun əlamətləri hansılardır?:

Xatırladım ki, “kəllə daxili təzyiq artması” sindromu olanda adətən yuxarıda sadalanan əlamətlərin bir neçəsi eyni anda rastlanır. Əgər sizin körpəyə də “davleniya” diaqnozu qoyulubsa, bilin ki, bu əksər halllarda səhv diaqnozdur və körpənin nevropatoloq və ya neyrocərrah tərəfindən düzgün qiymətləndirilməsi lazımdır.