Neyrocerrah.com

Elektroensefaloqrafiya

EEQ (Elektroensefaloqrafiya)– xüsusi elektrodların köməyi ilə beynin elektrik aktivliyinin qeydə  alınması üsuludur. Təxminən 16-20 ədəd elektrod  xüsusi yapışqan və ya incə iynə ilə baş dərisinə yapışdırılaraq  müayinə aparılır. Müayinə təxminən 1 saat qədər davam edir, bəzən isə xəstə yatırılaraq yuxu EEQ-si çəkilir ki, bu da bir neçə saat davam edə bilir. Daha çox epilepsiyanın və ya onun müxtəlif növlərinin ayırd edilməsində istifadə olunur. Bundan başqa beyin şişləri, yuxu pozğunluqları, bəzi psixiloji xəstəliklər və metabolik xəstəliklər zamanı beyin zədələnməsinin diaqnozunda da geniş istifadə edilir.