Yunusov Ruslan Qədir oğlu 20 oktyabr 1985-ci ildə Mingəçevir şəhərində anadan olub. 2003-cü ildə Mingəçevir şəhəri 6 saylı orta məktəbi bitirdikdən sonra, həmin ili Azərbaycan Tibb Universitetinin 2-ci müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. 2009-cu ildə həmin fakültənin cərrahiyyə bölümünü fərqlənmə ilə bitirib. 2009-2010-cu illərdə Respublika Neyrocərrahiyyə xəstəxanasında internatura keçmişdir. 2011-ci ildə Ankara (Türkiyə) şəhərində Hacettepe Üniversiteti xəstəxanası, Beyin və sinir cərrahiyyəsi kafedrasında uzmanlıq təhsilinə başlamışdır. 2016-cı ildə ˝Təcrübi sıçan hı̇drosefalı̇ya modelı̇ndə quanozı̇nı̇n reaktı̇v glı̇yoz, neyroinflamasiya və miyelı̇n itkisi üzerı̇nə təsirinin araşdırılması˝ adlı elmi işini müdafiyə edərək uzman olmuşdur.
Uzmanlıq təhsili müddətində çox saylı konfrans və seminarlarda iştirak etmiş, Pediatrik neyrocərrahiyyə (2013-2015) və endoskopik neyrocərrahiyyə (2015-2016) kurslarını tamamlamışdır. Bu müddət ərzində uşaqlarda və böyüklərdə beyin şişlərinin açıq və endoskopik üsulla müalicəsi, bel və boyun yırtığı, hidrosefaliyanın müasir müalicəsi üzrə ixtisaslaşmışdır.
2016-ci ildən Azərbaycana qayıdan cərrah, Avrasiya hospital, Mərkəzi Gömrük Hospitalı, Caspian İnternational Hospitalda çalışmış, hal hazırda isə Medera Hospitalda çalışmaqdadır.
2017-ci ildan EANS (Avropa Neyrocərrahiyyə Cəmiyyəti) və 2018-ci ildən İSPN (Beynəlxalq Uşaq Neyrocərrahiyyə Cəmiyyətinin) üzvüdür.
Ruslan Yunusov evlidir, 1 övladı var.
TƏHSİL
Üzvlüklər
Konfrans və kurslar
Diplomlar və Sertifikatlar: