Neyrocerrah.com

Epilepsiya əməliyyatı

45 yaşlı qadın xəstə, təxminən 30-35 ildir epilepsiyadan əziyyət çəkirdi. Dərman müalicəsinə baxmayaraq demək olarki, hər gün qıcolmaları olan xəstəyə çəkilən Beyin MRT-də sol gicgah payında kistoz dəyişikliklər aşkarlandı. Xəstəyə ˝Sol temporal lobektomiya+ amiqdalohippokampektomiya˝ (Gicgah payının ön qisminin çıxarılması) əməliyyatı icra olundu. 6 ay sonra kontrola gələn xəstənin, əməliyyatdan sonra heç qıcolmalarının olmaması xəstə ilə yanaşı bizləri də sevindirdi.