Neyrocerrah.com

Endoskopik əməliyyatlar

Endoskopik neyrocərrahiyyə- xüsusi endoskopik cihazlarla həyata keçirilən neyrocərrahiyyənin ən yeni sahələrindən biridir.Kəllə əsası şişlərində və hidrosefaliyanın müalicəsində daha çox istifadə olunur. Hipofiz adenomalarının müalicəsində standart əməliyyat halına gələn endoskopik hipofiz əməliyyatlarında, burun dəliklərindən girilərək kəllə əsasında olan şişlər rahatlıqla çıxarılır.

Bundan başqa hidrosefaliyanın bəzi növlərində şuntlamaya ehtiyac qalmadan endoskopla beyinə  girilərək hidrosefaliyanı müalicə etmək mümkündür.