Neyrocerrah.com

Qanamış beyin şişi

30 yaşında xəstə huşun pozulması şikayəti ilə gətirildi. Xəstənin müayinəsində şüuru qapalı (koma önü vəziyyəttə) olduğu və sol tərəfində qüvvətsizlik olduğu aşkarlandı. Çəkilən Beyin KT-də xəstənin sağ təpə-ənsə nahiyyəsində qanamalı şiş olduğu aşkarlandı. Xəstə təcili əməliyyata alınaraq “Sağ paryeto-oksipital kraniotomiya və şişin xaric edilməsi” əməliyyatı icra edildi. Əməliyattan 4 gün sonra xəstə tam sağlam şəkildə (sadəcə görmə sahəsinin sol tərəfində defekt ilə) evə yazıldı.