Neyrocerrah.com

Haqqımızda

Yunusov Ruslan Qədir oğlu 20 oktyabr 1985-ci ildə Mingəçevir şəhərində anadan olub. 2003-cü ildə Mingəçevir şəhəri 6 saylı orta məktəbi bitirdikdən sonra, həmin ili Azərbaycan Tibb Universitetinin 2-ci müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. 2009-cu ildə həmin fakültənin cərrahiyyə bölümünü fərqlənmə ilə bitirib. 2009-2010-cu illərdə Respublika Neyrocərrahiyyə xəstəxanasında internatura keçmişdir. 2011-ci ildə Ankara (Türkiyə) şəhərində Hacettepe Üniversiteti xəstəxanası, Beyin və sinir cərrahiyyəsi kafedrasında uzmanlıq təhsilinə başlamışdır. 2016-cı ildə ˝Təcrübi sıçan hı̇drosefalı̇ya modelı̇ndə quanozı̇nı̇n reaktı̇v glı̇yoz, neyroinflamasiya və miyelı̇n itkisi üzerı̇nə təsirinin araşdırılması˝ adlı elmi işini müdafiyə edərək uzman olmuşdur.

Uzmanlıq təhsili müddətində çox saylı konfrans və seminarlarda iştirak etmiş,  Pediatrik neyrocərrahiyyə (2013-2015) və endoskopik neyrocərrahiyyə (2015-2016) kurslarını tamamlamışdır. Bu müddət ərzində uşaqlarda və böyüklərdə beyin şişlərinin açıq və endoskopik üsulla müalicəsi, bel və boyun yırtığı, hidrosefaliyanın müasir müalicəsi üzrə ixtisaslaşmışdır.

2016-ci ildən Azərbaycana qayıdan cərrah, Avrasiya hospital, Mərkəzi Gömrük Hospitalı, Caspian İnternational Hospitalda çalışmış, hal hazırda isə  Medera Hospitalda çalışmaqdadır.

2017-ci ildan EANS (Avropa Neyrocərrahiyyə Cəmiyyəti) və 2018-ci ildən İSPN (Beynəlxalq Uşaq Neyrocərrahiyyə Cəmiyyətinin) üzvüdür.

Ruslan Yunusov evlidir, 1 övladı var.

TƏHSİL

  • 2003-2009 - Azerbaycan Tibb Universiteti
  • 2009-2010 - Respublika Neyrocərrahiyyə xəstəxanası
  • 2011-2016 - Ankara Hacettepe Universiteti xəstəxanası

Üzvlüklər

  • 09.2017 - EANS (Avropa Neyrocərrahiyyə Cəmiyyəti)
  • 03.2018 - İSPN (Beynəlxalq Uşaq Neyrocərrahiyyə Cəmiyyəti)

Konfrans və kurslar

  • 2011, İstanbul - Türkiyə Neyrocərrahiyyə Cəmiyyəti, Nevro-onkoloji sempoziumu.
  • 2013, Bolu - Türkiyə Neyrocərrahiyyə Cəmiyyəti, Pediatrik Neyrocərrahiyyə Tədris Proqramı, 1-ci kurs.
  • 2014, Qaziantep - Türkiyə Neyrocərrahiyyə Cəmiyyəti, Pediatrik Neyrocərrahiyyə Tədris Proqramı, 2-ci kurs.
  • 2014, Ankara - Hacettepe 3-cü Endoskopik Kəllə Əsası Cərrahiyyəsi kursu.
  • 2015, İstanbul - Türkiyə Neyrocərrahiyyə Cəmiyyəti, Pediatrik Neyrocərrahiyyə Tədris Proqramı, 3-ci kurs.
  • 2015, Antalya - Türkiyə Neyrocərrahiyyə Cəmiyyəti 29-cu Elmi Konqresi.
  • 2015, Ankara - Endoskopik Neyrocərrahiyyə Praktikası kursu.
  • 2018, Bakı - ATA-Neyrocərrahiyyə cəmiyyəti, 1-ci simpoziumu.

Diplomlar və Sertifikatlar: