Neyrocerrah.com

Elektromioqrafiya (EMQ)

Elektromioqrafiya (EMQ)- əzələ və onlara gələn sinirlərin elektrik aktivliyini və funksiyasını ölçən müayinə üsuludur. Əzələlərə gələn sinirlər hərəki sinirlər olub, vəzifələri elektrik impulslarını onurğa beynindən əzələlərə daşıyaraq, onların yığılıb açılmasını təmin etməkdir. EMQ vasitəsi ilə bu elektrik impulsları qeydə alınaraq, hər hansı əzələdə və ya əzələyə gedən sinirdə problemin olub-olmadığı üzə çıxarılır.

EMQ müayinəsi adətən 2 hissədən ibarət olur: Sinir keçiriciliyinin müayinəsiiynə EMQ-si.

Sinir keçiriciliyi müayinəsi zamanı dəriyə xüsusi elektrodlar yapışdırılaraq sinirin keçiriciliyi yoxlanılır. Daha sonra isə iynə EMQ olunur ki, bu zaman kiçik iynələr dəriyə batırılaraq əzələlərə yeridilir və əzələlərin funksiyonal tamlığı haqqında məlumat əldə edilir.

EMQ vasitəsi ilə aşağıdaki xəstəlik və halları aşkarlamaq mümkündür: