Neyrocerrah.com

Bel yırtığı

Bel yırtığı nədir?

Belimizin skeleti  5 ədəd bel fəqərəsindən və bunları bir-biriylə birləşdirən qığırdaq mənşəli disklərdən təşkil olunub. Bu fəqərələr arası diskdə baş verən yırtılmalara bel yırtığı, daha doğrusu beldə fəqərələr arası disk yırtığı deyilir. Yırtılan diskdən ayrılan parçalar onurğa kanalına girərək sinirləri sıxır ki, bu da özünü beldə və ayaqlarda olan ağrılarla birüzə verir.

Bel yırtığının əmələ gəlmə səbəbləri nələrdir?

Onurğamızda olan fəqərələr arası disklər, elastik qığırdaqdan təşkil olunmuşdur. Bu disklər fəqərələri bir-birinə bağlamaqla bərabər həmçinin, onurğaya düşən yükü bərabər paylaşdırır və onurğanın hərəkətliyini təmin edir. Bel yırtığının əmələ gəlməsində ən önəmli mərhələ bu disklərin elastikliyini itirərək kövrəkləşməsidir. Bu kövrəkləşmə prosesi tibbdə degenerasiya adlanır.  Degenerasiya insan orqanizmində gedən yaşlanma proseslərin bir parçası olub, qığırdaq toxumasında maddələr mübadiləsinin pozulması və onun tərkibindəki suyun azalması prosesidir. Bu da diskin müxtəlif faktorların təsiri ilə yırtılmasına gətirib çıxarır.

Aşağıda bel yırtığın səbəb olan faktorlar sadalanmışdır:

 

 

Bel yırtığının əlamətləri hansılardır?

Bel yırtığının əsas şikayəti bel ağrılarıdır. Adətən bel ağrıları qısa müddətli olur və dərman müalicəsinə cavab verir. Zamanla bel ağrılarının şiddəti artır və xəstələrdə başqa simptomlar əmələ gəlməyə başlayır. Əsas simptomlar aşağıdadır:

 

Bel yırtığının diaqnostika üsulları hansılardır?

Bel yırtığının diaqnostikasında aşağıdaki müayinələr istifadə olunur:

 

Bel yırtığının müalicə üsulları hansılardır?

Bel yırtığının müalicəsində həm konservativ, həm də cərrahi müalicə üsullarından istifadə olunur. Xəstələrin təxminən 90%-i konservativ, yəni qeyri-cərrahi üsulla müalicə olunur. Konservativ müalicə üsulları aşağıdadır:

Xəstələrin çox az bir qismində bütün konservativ müalicə üsullarına baxmayaraq ağrı və şikayətləri davam edir. Belə xəstələr adətən əməliyyatla şikayətlərdən qurtulurlar. Aşağıdakı hallarda xəstələr üçün əməliyyata göstəriş vardır:

Disk yırtıqlarının əməliyyatı diskektomiya adlanır. Adından da göründüyü

 

kimi yırtılmış diskin çıxarılması deməkdir. Günümüzdə mikrodiskektomiya (yəni, mikroskopla edilən diskektomiya) disk yırtıqlarının cərrahi müalicəsində standart əməliyyat hesab edilir.  Bu əməliyyatla beldə 3-4 sm-lik kəsik aparılaraq fəqərənin arxasında kiçik sümük parçası kəsilib çıxarılır. Daha sonra sıxılan sinir və siniri sıxan disk yırtığı tapılır. Xüsusi alətlərlə sinir qorunaraq disk parçası sinirin ətrafından təmizlənir. Uğurlu keçən mikrodiskektomiya əməliyyatından sonra 90% xəstələr 4-6 həftə sonra normal iş fəaliyyətinə qayıdırlar.

 

Qorunma.

Disk yırtığından əməliyyat olan  xəstələrdə təkrari disk yırtığı əmələ gəlmə riski digər insanlara nisbətən daha yüksəkdir. Buna görə də biz əməliyyat olan xəstələrə sonrakı həyatlarında yerinə yetirməli olduqları məsləhətləri veririk: