Neyrocerrah.com

Boyun yırtığı

Boyun yırtığı nədir?

İnsan boynunda 7 ədəd fəqərə  vardır. Bu fəqərələr bir-birilə yumşaq qığırdaq olan, fəqərə arası disklərlə birləşirlər. Bu qığırdaq disklərin vəzifəsi fəqərələri bir-biriylə birləşdirməklə yanaşı, iki qonşu fəqərə arasında amortizasiya funksiyası görməkdir. Beləki, elastik xüsusiyyətə malik olan bu disklər fəqərələrə düşən yükü bərabər şəkildə paylayaraq onurğanın dinamikliyini təmin edir. Yaş artdıqca və ya disklər uzun müddət ağır yük altında qaldıqca onların tərkibində dayişikliklər gedir ki, bu da disklərin  elastikliyini azalmasına və onların daha kövrək olmasına gətirib çıxarır. Disklərdə baş veran bu hadisə  degenerasiya adlanır. Degenerasiyaya uğramış disklər zamanla yırtılmağa başlayır ki, yırtılan disk parçaları da onurğa kanalına girərək onurğa beynini və  sinirləri sıxışdıra bilir.  Beləliklə, sadaladığım proseslərin sonunda xəstələrdə boyunun  fəqərə arası disk yırtığı və yaxud boyun yırtığı əmələ gəlir.

 

Boyun yırtığının əmələ gəlmə səbəbləri nələrdir?

Boyun yırtığının əmələ gəlməsində ən əsas amil yaşdır. Belə ki, yaş artdıqca diskin tərkibi dəyişərək onun elastikliyi azalaraq kövrəkləşir və bu da onda yırtlmaların əmələ gəlməsinə səbəb olur. Bundan başqa bəzi amillər var ki, onlar da disk degenerasiyanı sürətləndirərək yırtığa səbəb olur. Bu faktorlar aşağıdakılardır:

 

 

Boyun yırtığının əlamətləri hansılardır?

Boyun yırtığının əsas əlaməti boyun ağrısıdır. İlk başda sadəcə boyun ağrısı olsa da zamanla bu ağrı sağ və ya sol tərəfli olaraq çiyinə, qola və barmaqlara qədər yayılır. Disk yırtığı siniri sıxışdırdıqca xəstələrdə ağrı ilə yanaşı qollarda uyuşuqluq, keyimə, hissiyyatsızlıq və hətta qüvvətsizlik əmələ gələ bilər. Bundan başqa bəzi disk yırtıqları onurğa beyninə də təsir edərək xəstələrdə qollarla yanaşı ayaqlarda da hissi və hərəki pozğunluqlara səbəb ola bilirlər ki, belə xəstələr adətən yeriməkdə çətinlik çəkirlər.

 

Boyun yırtığının diaqnostika üsulları hansılardır?

Boyun yırtığının diaqnostikasında aşağıdaki müayinələr istifadə olunur:

 

Boyun yırtığının müalicə üsulları hansılardır?

Boyun yırtığının müalicəsində həm konservativ, həm də cərrahi müalicə üsullarından istifadə olunur. Xəstələrin təxminən 90%-i konservativ, yəni qeyri-cərrahi üsulla müalicə olunur. Konservativ müalicə üsulları aşağıdadır:

Əksər xəstələr konservativ üsullarla şikayətlərdən qurtulsalar da, bəzi xəstələrdə bütün qeyri-cərrahi tədbirlərə baxmayaraq şikayətlər keçmir. Bu qrup xəstələr əməliyyatla sağalırlar. Aşağıdakı hallarda xəstələr üçün əməliyyata göstəriş vardır:

Disk yırtığının ən müasir və ən çox tətbiq olunan əməliyyatı mikroskopik yolla disk məsafəsinin təmizlənib yerinə qəfəs qoyulması əməliyyatıdır. Bu əməliyatla boyunun önündə 4sm-lik kəsiklə girilərək, onurğa sütununun önündən lazım olan disk məsafəsi tamamən boşaldılır və məsafəyə xüsusi PEEK (Poly-Ether-Ether-Ketone) qəfəs qoyulur. Bununla da, həm disk yırtığından qurtulmuş olunur, həm də qəfəs sayəsində disk məsafəsinin yüksəkliyi qorunaraq sinir sıxılmasının qarşısı alınmış olur.

 

Qorunma.

Boyun disk yırtığı əməliyyatından sonra eyni məsafədə  təkrari disk yırtığı əmələ gəlmə ehtimalı demək olar ki, yoxdur. Buna baxmayaraq, əməliyyat olunan yerin bir məsafə üstündə və ya bir məsafə altında disk yırtığı əmələ gəlmə riski digər insanlara nisbətən daha yüksəkdir. Buna görə də biz əməliyyat olan xəstələrə sonrakı həyatlarında yerinə yetirməli olduqları məsləhətləri veririk: