Neyrocerrah.com

Karpal tunel əməliyyatı

60 yaşında qadın xəstənin uzun zamandır hər iki əlində yanma şəklində ağrı və uyuşma şikayətləri mövcud idi. Hər iki əlində karpal tunnel sendromu diaqnozu qoyulan xəstə 1 ildir dərman müalicəsi almasına baxmayaraq müalicədən fayda görmürdü. Xəstənin sol əlində şikayətləri daha çox olduğu üçün 3 ay öncə sol əlində “Orta sinirin dekompressiyası” əməliyyatı icra olundu. Əməliyyatdan sonra sol əlindəki şikayətləri tamamən keçən xəstənin 3 ay sonra sağ əlində də eyni əməliyyat icra olundu.