Neyrocerrah.com

Mikroskopik əməliyyatlar

Mikrocərrahiyyənin əvəzolunmaz parçası olan mikroskoplar neyrocərrahiyyə sahəsində çox önəmli yerə sahibdir. Mikroskoplar əməliyyat zamanı yara sahəsini 4 ilə 40 dəfəyə qədər böyüdür. Bunun nəticəsində biz cərrahlar, əməliyyat sahəsindəki çox kiçik sinirləri və damarları böyüdülmüş görürük ki, bu da onların zədələnmə riskini minimuma endirir. Neyrocərrahiyyədə mikroskopdan ən çox  disk yırtığı (mikroskopik diskektomiya) və beyin əməliyyatlarında (mikroskopik beyin əməliyyatlarında)  istifadə olunur.