Neyrocerrah.com

Beyin şişləri

Beyin şişi, kəllə daxilində bəzi qrup  hüceyrələrin kontrolsuz və ya anormal şəkildə böyüməsi və çoxalması nəticəsində əmələ gəlir. Beyin şişlərinin 150-dən artıq növü mövcud olub 2 əsas qrupa ayrılırlar : Birincilimetastatik beyin şişləri.

Bilavasitə beyin və ya beyini əhatə edən toxumalardan əmələ gələn şişlər birincili beyin şişləri adlanır. Birincili şişlər öz növbəsində qliyal (beyin hüceyrələrindən əmələ gələn) və qliyal olmayan (beyin ətrafı toxuma hüceyrələrindən əmələ gələn) şişlər olaraq 2 yerə bölünür. Bundan başqa beyin şişləri inkişaf xüsusiyyətlərinə  görə  xoşxassəlibədxassəli olur.

 

Metastatik beyin şişləri- başqa orqanlarda (süd vəzi, ağciyər, mədə və s.)  mövcud olan şişlərin qan vasitəsilə beyinə yayılmasından əmələ gəlir. Metastatik şişlər xərçəng hesab olunur və bədxassəlidirlər.

 

Xərçəng xəstəliyindən əziyyət çəkən xəstələrin təxminən 25%-ində beyində metastaz aşkarlanır. Ağciyər xərçəngi olan xəstələrdə isə bu rəqəm daha yüksəkdir və bu xəstələrin təxminən 40%-də beyinə metastaz olur. Əvvəllər beyin metastazı olan xəstələrin həyat göstəriciləri çox aşağı idi və bu insanlar cəmi bir neçə həftə yaşayırdılar. Son zamanlar inkişaf etmiş diaqnostik vasitələrin və innovativ cərrahiyyə metodlarının tədbiqi ilə bu xəstələrin həm yaşam müddəti illərlə uzadılmış, həm də həyat keyfiyyətləri yaxşılaşdırılmışdır.

 

Xoşxassəli şişlərin növləri:

Xordoma– xoşxassəli, yavaş böyüyən şiş olub, daha çox 50-60 yaşlı insanlarda görülür. Ən sıx görüldüyü  yerlər, kəllə əsasındakı sümüklər və onurğa sütunun oma hissəsidir. Xoşxassəli şiş olmasına baxmayaraq, xordomalar ətraf toxumalara sirayət edərək sinir toxumasını zədələyə bilir. Bu şişlər nadir olub, birincili beyin şişlərinin 0,2%-ni təşkil edirlər.

 

Kraniofaringioma- xoşxassəli beyin şişi olsa da, yerləşdiyi yer beyinin dərinində və görmə siniri ilə yuxu arteriyası arasında olduğu üçün mürəkkəb şiş hesab olunur. Adətən hipofiz vəzisinin (bədənimizdə hormonal tarazlığı kontrol edən vəz) ətrafından əmələ gəldiyinə görə, xəstələrdə hormonal yetməzliyə səbəb olur.

 

Qanqliositoma, qanqlioma və  anaplastik qanqlioma- sinir hüceyrələrindən əmələ gələn nadir törəmələrdir və daha çox gənc yaşlarda görülür.

 

Meningioma– ən sıx rast gəlinən xoşxassəli şişdir. Bütün beyin şişlərinin 10-15%-ni təşkil edirlər. Meningiomaların nadir də olsa çox az bir qismi  bədxassəlidir.  Bu şişlər beyin və onurğa beyini əhatə edən zardan (qişadan) əmələ gəlirlər.

 

Hipofiz adenoması- beyin şişləri arasında rastgəlmə tezliyinə görə 4-cü yerdədir. Xoşxassəli şişlərdir və adətən çox yavaş böyüyürlər. Nadirən  bədxassəli formaları olsa da, onlar da özünü xoşxassəli şişlər kimi aparır. Adenomalar hipofiz vəzindən əmələ gəlirlər və adətən 30-40 yaş arası insanlarda görülurlər.

 

Şvannoma– insanlarda sıx görülən xoşxassəli şişlərdəndir. Sinirlərin ətrafında olan Şvann hüceyrələrindən əmələ gəlirlər. Beyinə sirayət etmədən onları sıxışdıraraq klinik əlamət verir. Daha çox eşitmə sinirindən əmələ gəldiyinə görə qulaqlarda küy və eşitmə azlığı kimi şikayətlərə səbəb olur. Xoşxassəli olsalar da, həddindən artıq böyüdüklərində beyin sapını sıxışdıraraq ölümə səbəb ola bilər. Beyin və onurğa beyin sinirləndən əmələ gəldiyi kimi, nadir də olsa  əl və ayaq sinirlərindən də əmələ gələ bilər.

 

 

Bədxassəli şişlərin növləri:

Qliomalar insanda ən çox rast gəlinən beyin şişi növü olub, bədxassəli şişlərin 78%-ni təşkil edirlər. Bu şişlər, beyində dəstək hüceyrələr hesab olunan qlia hüceyrələrindən əmələ gəlirlər. 3 cür qlial hüceyrə tipi mövcuddur: astrositlər, ependim hüceyrələri və oliqodendrositlər. Qlial şişlər (qliomalar)  aşağıdakılardır:

 

 

 

Beyin şişlərinin digər növləri:

Hemangioblastomalar-  yavaş böyüyən şişlərdir və adətən beyincikdə yerləşirlər. Hemangioblastomalar qan damarlarından əmələ gəlirlər. Adeten tərkiblərində kista olub,  çox böyük ölçülərdə ola bilirlər. Daha çox 40-60 yaşlı insanlarda və ən çox da kişilərdə görülür.

Rabdoid şiş-  nadir, olduqca aqressiv və bütün sinir sisteminə yayılmağa meyilli şişdir. Bədənin hər yerində əmələ gələ bilir. Daha çox uşaq və gənclərdə görülür.

 

 

Beyin şişlərinin səbəbləri:

 

Beyin şişlərinin əmələ gəlməsində əsas səbəb kimi,  hüceyrə xromosomlarında yerləşən  genlərin zədələnməsi göstərilir. Gen zədələnmələri ya anadangəlmə olur, ya da doğulduqdan sonra qazanılır.  Anadangəlmə gen zədələnmələrinə səbəbi hamiləlik zamanı ananın keçirdiyi müxtalif növ xəstəliklər və ya döldə əmələ gələn genetik xəstəliklər əsas rol oynayır. Ətraf mühitin zərərli təsirləri də genlərin zədələnməsinə səbəb olmaqla yanaşı, zədəli genlərdən yenitörəmələri əmələ gəlməsinə şərait yaradır. Zədələnmiş genlər hüceyrələrdə normal bölünmə prosesini pozaraq, hüceyrələrin anormal çoxalmasına səbəb olur. Anormal çoxalan bu hüceyrələr şişləri əmələ gətirir.

 

Simptomlar:

 

Beyin şişlərinin simptomları yerləşmə yerindən asılı olaraq çox müxtəlifdir. Buna baxmayaraq bəzi ümumi simptomlar əksər beyin şişlərində görülə bilər. Ümumi əlamətlər aşağıdakılardır:

 

 

Diaqnostika:

 

Beyin şişlərinin diaqnostikasında ən çox istifadə olunan müayinə üsulları komputer tomoqrafiya (KT)maqnit rezonans tomoqrafiyadır (MRT). MRT, beyin şişlərinin diaqnostikasında KT-yə görə daha üstün olub,  şişin yeri, xarakteri, damarlanması, tərkibi, beyin toxumasının vəziyyəti haqqında daha dolğun məlumat verir. Bundan başqa təkrarlayan şişlərin diaqnostikasında pozitron-emissiyon tomoqrafiya (PET) müstəsna yerə sahibdir.

 

Müalicə:

Beyin şişləri növündən asılı olmayaraq, cərrahiyyə, şüa terapiyası kimyəvi terapiya  yolu ilə müalicə olunur. Düzdür şüa və kimyəvi müalicə növləri adətən bəd xassəli şişlərdə tədbiq olunur. Buna baxmayaraq, hər bir xəstəyə fərdi yanaşaraq mövcud halda şişin hansı müalicə növünə daha həssas olduğu təyin edilərək ona uyğun müalicə olunur. Təbii ki, hər 3 müalicə növünün özünəməxsus riskləri və əlavə təsirləri mövcuddur.