Neyrocerrah.com

Çoxsaylı beyin meningioması əməliyyatı

Qıcolma tutması şikayəti ilə baş vuran 58 yaşında qadın xəstəyə beyin MRT çəkildi. Beyin MRT-də xəstənin alın payında ən böyüyü 4,4sm olan 4 ədəd şiş aşkarlandı. Xəstə əməliyyat edilərək bütün şişlər eyni seansda çıxarıldı. Xəstə əməliyyatdan 5 gün sonra tam sağlam şəkildə evə yazıldı. Əməliyyatdan 1 ay sonra çəkilən Beyin MRT-də hər hansı bir qalıq törəmə aşkarlanmır. Patoloji nəticə- Menengioma.