Hamiləlikdə bel ağrıları
Hamilə qadınların yarıdan çoxunda bel ağrısı olur. Niyə yaranır, nə vaxt təhlükəlidir və ağrını necə azaltmaq olar.

Hamiləlik zamanı beldə ağrılar çox rast gəlinən problemlərdən biridir. Araşdırmalar göstərir ki, hamilə qadınların təxminən 50-70%-i bel ağrılarından əziyyət çəkir. Bu ağrılar adətən hamiləliyin ikinci yarısında əmələ gəlir və hamiləliyin sonuna doğru getdikcə artır. Əksər hallarda bu ağrılar doğuşdan bir müddət sonra keçib gedir.
Bəs hamiləlik zamanı bu ağrıların səbəbi nədir?
Hamiləlik zamanı əmələ gələn bel ağrılarının bir neçə səbəbi var:
-
Artmış hormonlar- hamiləliyin normal davam etməsi üçün lazım olan hormonlar, bel və çanaq bölgəsindəki vətərlərin, bağların elastikliyini artıraraq qadını doğuşa hazırlayır. Vətər və bağlarda elastikliyin artması, bel və çanaqda oynaq ağrılarına səbəb olur.
-
Ağırlıq mərkəzinin yerdəyişməsi- hamiləlik zamanı qarnın böyüməsi nəticəsində ağırlıq mərkəzi önə doğru yer dəyişir. Bu da belə əlavə ağırlıq düşməsi deməkdir.
-
Artıq çəki- hamiləlik irəlilədikcə böyüyən dölün artan çəkisi də belə əlavə yük salır.
-
Düzgün olmayan duruş- qaməti düzgün saxlamamaq, çox ayaqüstə qalmaq və ya önə çox əyilmək də beldəki ağrıları artıra bilər
-
Stress- araşdırmalara görə hamiləlik zamanı stress keçirən qadınlarda ağrılar daha çox olur.
Səbəblərdən də aydın olduğu kimi, hamiləlik zamanı bel ağrıları əksər hallarda qaçınılmazdır. Bu ağrıları tam aradan qaldırmaq mümkün olmasa da, ağrıları yüngülləşdirmək üçün bəzi tövsiyələr mövcuddur. Bu tövsiyələr aşağıda sıralanmışdır:
-
Hərəkət tapşırıqları- bel, qarın və ayaq əzələlərini qüvvətləndirən xüsusi məşqlər;
-
Düzgün qamət- çalışın qamətinizi düz saxlayın;
-
Ayaq üstə çox durmamaq- gün içində dincəlmək üçün özünüzə vaxt ayırın;
-
Yerdən bir əşya götürərkən çömələrək götürün, əyilməyin,
-
Rahat ayaqqabılar geyinin,
-
Yatarkən arxası üstə deyil, yanı üstə yatmağa çalışın.
Onu da nəzərinizə çatdıraq ki, bu ağrılar əksər hallarda ana və uşaq üçün təhlükə törətmir və öz-özünə keçib gedir.
Bəs ağrılar nə zaman təhlükəlidir?
Əgər:
-
ağrılarınız uzun zamandır davam edirsə və getdikcə şiddətlənirsə,
-
ağrılarla yanaşı qızdırma, vaginal qanama və ya sidiyə gedərkən yanma varsa,
-
sidiyi və ya nəcisi saxlaya bilmirsinizsə, ya da aralıqda, cinsiyyət orqanları ətrafında hissizlik varsa,
-
ağrılar ayaqlara yayılırsa və ağrı ilə yanaşı ayaqlarda qüvvətsizlik və hissi qüsur varsa, mütləq həkimə müraciət etmək lazımdır. Çünki, bu hallar başqa ciddi bir xəstəliyin əlamətləri ola bilər.
Digər məqalələr
- Uşaq neyrocərrahı nəyi müalicə edir və nə vaxt ona müraciət etmək lazımdır?Yenilənib: 3 noyabr 2026→
- Xroniki subdural hematoma: yaşlılarda yıxılmadan həftələr sonra beyin qanaxması30 oktyabr 2026→
- Əllərdə keyimə: səbəb boyundadır, yoxsa bilək nahiyəsində?24 oktyabr 2026→
- Beyində araxnoid kista: təhlükəlidirmi, əməliyyat lazımdırmı?20 oktyabr 2026→
- Bel ağrısı üçün iynə: hansı iynə kimə kömək edir?20 oktyabr 2026→
- Kraniosinostozda endoskopik əməliyyat və dəbilqə müalicəsi17 oktyabr 2026→
- Körpələrdə xarici hidrosefaliya: nədir və təhlükəlidirmi?16 oktyabr 2026→
- Şunt əməliyyatı (VP şunt): necə aparılır və sonra nələrə diqqət etməli?15 oktyabr 2026→
- Beldən ayağa vuran ağrı: oturaq sinirin sıxılması13 oktyabr 2026→
- Körpələrdə əmgək və baş çevrəsi: nə normaldır, nə vaxt narahat olmalısınız?6 oktyabr 2026→
- Protruziya, ekstruziya, sekvestr: MRT rəyində yazılanlar nə deməkdir?27 sentyabr 2026→
- Uşaqlarda kəllə-beyin travmasıYenilənib: 16 oktyabr 2026→
- Hidrosefaliyanın müalicəsi: şuntlama yoxsa endoskopik əməliyyat?Yenilənib: 17 oktyabr 2026→
- Uşaqlarda kəllədaxili təzyiqin artmasıYenilənib: 16 oktyabr 2026→