Uşaqlarda kəllə-beyin travması
Uşaq başını vurdu — nə vaxt narahat olmaq lazımdır? Uşaqlarda kəllə-beyin travmasında təhlükəli əlamətlər və ilk addımlar.

Yeriməyə yeni başlayan və yerində dayanmağı sevməyən uşaqlar tez-tez yıxılırlar və başlarını sərt yerlərə vuraraq ata-analarını qorxuya salırlar. Adətən, bu travmalar ciddi problemlər təşkil etmədən başda şişlik və ya bir neçə göyərmə ilə keçib gedir. Əgər uşaq öz boyundan daha yüksək hündürlükdən yıxılarsa bu daha ciddi travmalara səbəb ola bilər. Əhəmiyyətsiz bir yıxılmanı ciddi bir kəllə-beyin travmasından ayırmaq üçün bəzi əlamətlərə diqqət etmək lazımdır.
Əgər travmadan sonra…
-
Uşaq huşunu itiribsə;
-
Nəfəs alıb-verməkdə çətinlik çəkirsə;
-
Qıcolmaları olursa;
-
Qulaq, burun və ya ağızdan qan gələrsə;
-
Qulaq və ya burundan suya bənzər şəffaf bir maye gələrsə;
-
Uşaqda dayandırıla bilməyən bir ağlama və ya narahatlıq varsa;
-
Qarşısı alına bilməyən yuxululuq varsa;
-
Travmadan sonra 3 dəfədən çox qusması olursa;
-
Getdikcə artan baş ağrısı varsa mütləq həkimə müraciət etmək lazımdır.
Əgər yuxarıda sadalanan əlamətlərdən heç biri yoxdursa, öncə uşağı sakitləşdirmək lazımdır. Başını vurduğu yerə buz və ya soyuq kompres qoymaq lazımdır ki, şişkinlik əmələ gəlməsin.
Bəzi hallarda uşaqlar kiçik travma keçirsələr də, bir neçə gün halsızlıq, yorğunluq, baş ağrısı, ürəkbulanma kimi əlamətlər hiss edə bilərlər. Bu adətən travma zamanı beyin silkələnməsinin nəticəsində baş verir. Bu əlamətlər əksər hallarda zamanla azalıb keçir. Əgər şikayətlər davam edib uşağı çox narahat edirsə, o zaman bu əlamətlərə uyğun müalicə ilə uşağı rahatlandırmaq mümkündür. Bundan başqa ev şəraitində də ehtiyac olarsa ağrıkəsici verə bilərsiniz. Hər şey normal olsa da, travmadan sonra uşaqları 24 saat nəzarətdə saxlamaq lazımdır. Bu müddət ərzində əgər uşaqda qeyri-adi hallar müşahidə olunarsa mütləq həkimə müraciət etməlisiniz.
Digər məqalələr
- Uşaq neyrocərrahı nəyi müalicə edir və nə vaxt ona müraciət etmək lazımdır?Yenilənib: 3 noyabr 2026→
- Xroniki subdural hematoma: yaşlılarda yıxılmadan həftələr sonra beyin qanaxması30 oktyabr 2026→
- Əllərdə keyimə: səbəb boyundadır, yoxsa bilək nahiyəsində?24 oktyabr 2026→
- Beyində araxnoid kista: təhlükəlidirmi, əməliyyat lazımdırmı?20 oktyabr 2026→
- Bel ağrısı üçün iynə: hansı iynə kimə kömək edir?20 oktyabr 2026→
- Kraniosinostozda endoskopik əməliyyat və dəbilqə müalicəsi17 oktyabr 2026→
- Körpələrdə xarici hidrosefaliya: nədir və təhlükəlidirmi?16 oktyabr 2026→
- Şunt əməliyyatı (VP şunt): necə aparılır və sonra nələrə diqqət etməli?15 oktyabr 2026→
- Beldən ayağa vuran ağrı: oturaq sinirin sıxılması13 oktyabr 2026→
- Körpələrdə əmgək və baş çevrəsi: nə normaldır, nə vaxt narahat olmalısınız?6 oktyabr 2026→
- Protruziya, ekstruziya, sekvestr: MRT rəyində yazılanlar nə deməkdir?27 sentyabr 2026→
- Hamiləlikdə bel ağrılarıYenilənib: 16 oktyabr 2026→
- Hidrosefaliyanın müalicəsi: şuntlama yoxsa endoskopik əməliyyat?Yenilənib: 17 oktyabr 2026→
- Uşaqlarda kəllədaxili təzyiqin artmasıYenilənib: 16 oktyabr 2026→